Sabah bu ilin ilk Ay tutulması hadisəsi qeydə alınacaq.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, təbiət hadisəsi yanvarın 31-də saat 15:48:27-də başlayacaq.
Tam tutulmanın başlanması saat 16:51:47-də olacaq ki, bu zaman ayın səthi tam tutulacaq:
“Proses saat 18:07:51-də sona çatacaq. Tam tutulma hadisəsi 1 saat 16 dəq davam edəcək”.
Rəsədxanadan bildiriblər ki, tutulmanın sonu, yəni Ayın səthinin yavaş-yavaş açılmağa başlaması və tutulmanın tam sona çatması prosesi saat 19:11:11-də olacaq:
“İlk Ay tutulma hadisəsi Azərbaycan ərazisi üçün saat 18:00-dan etibarən Ay doğduqdan sonra Ayın səthinin aşağı hissədən yavaş-yavaş açılmağa başlaması kimi müşahidə ediləcək. Ilk tutulmanı tam şəkildə Azərbaycanda müşahidə etmək mümkün olmayacaq”.
Qeyd edək ki, ikinci Ay tutulması bu il iyulun 28-də baş verəcək.