Siyəzəndə qanunsuz qum-çınqıl daşınması faktı müəyyən edilib.
Çaya beton tökən şirkətə - XƏBƏRDARLIQ EDİLDİ
Bu barədə FED.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının Gilgilçay çayının yatağından “Polatyol Yapı Senaye ve Ticaret” Anonim Şirkəti tərəfindən daşındığı məlum olub.
“Faktla bağlı şirkətin iş icraçısı İsmayıl İsmayılov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib”.