"Keçmişdə ağacların sayı indikindən daha çox olub. Bu gün hansısa şirkət obyekti tikir və yaşıllıq sahəsi salmaq yaddan çıxır".
FED.az xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
Onun sözlərinə görə, tikinti işlərindən əvvəl şirkətlər yaşıllıqların salınması tələbinə rəy alır: "Amma sonradan qaydalara əməl etmirlər. Obyekti tikən zaman qaz xəttinin keçdiyi yerləri görüb toxunmur amma ağac görən kimi kəsirlər. Bildirmək istəyirik ki, qaydalara riayət etməyən layihə rəhbərlərinə rəy verilməyəcək". (Report)