Nazirlər Kabineti «Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi Qaydası»nı təsdiq edib.
FED.az xəbər verir ki, bu Qayda “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”na və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”na, eləcə də “Beynəlxalq mülki aviasiya haqqında” Çikaqo Konvensiyasına uyğun olaraq hazırlanıb. Sözügedən sənəd aviasiya təhlükəsizliyi sahəsində qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikatın, onun dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa və ləğv edilməsi, habelə fərdi kod nömrəsinin verilməsi ilə bağlı məsələləri tənzimləyir.
Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi yüklərin və poçt göndərişlərinin mülki aviasiya sahəsində təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.