Dövlət

Rauf Arifoğlu və İqbal Ağazadənin dairəcinin nəticəsi - LƏĞV OLUNDU

Rauf Arifoğlu  və İqbal Ağazadənin dairəcinin nəticəsi - LƏĞV OLUNDU | FED.az
17:11 13 Fev 2020

35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və səlahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə baxılıb.

Eləcə də bax: Hadı Rəcəblinin seçildiyi dairənin də nəticələri - LƏĞV EDİLDİ

FED.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqiqətən də, seçki qanunvericiliyinin pozuntularına yol verilib:

“2 seçki məntəqəsində seçki komissiyasında protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 30 seçki məntəqəsi üzrə səsvermənin nəticələri hesab edilib və həmin dairə üzrə səsvermənin nəticələri etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Xatırladaq ki, bu dairədə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu lider namizəd elan olunmuşdu.

Eləcə də bax: “Pozuntulara yol verənlər cəzalandırılacaq” - Prezident seçkilərdən danışdı

Report

Digər xəbərlər