Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 74 saylı Lənkəran kənd seçki dairəsilə bağlı şikayətlərə baxılıb.
FED.az-ın "Modern"ə istinadən məlumatına görə, iclasda qeyd olunub ki, müvafiq dairə üzrə seçki məntəqələrində qanun pozuntularını özündə əks etdirən videogörüntülərə baxılıb, sosial şəbəkələrdə yayılan məlumatlara baxılıb.
Eləcə də bax: Rauf Arifoğlu və İqbal Ağazadənin dairəcinin nəticəsi - LƏĞV OLUNDU
İclasda qərara alınıb ki, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilib.
Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairədə lider namizəd Hadi Rəcəbli idi.