Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edilərək Azərbaycan Mərkəzi Bankına birləşdirilməsi barədə dövlət başçısının fərmanından sonra Palatanın ləğv prosesi başlayıb.
FED.az xəbər verir ki, bu qərardan sonra palatanın təkcə bank deyil, maliyyə sektorunun digər sahələri (sığorta, qiymətli kağızlar) üzrə də tənzimləyici rolu AMB-yə keçib.
Eləcə də bax: Hesablama Palatası DSMF-də - YOXLAMA APARIB
FED.az-ın əldə etdiyi məlumata görə, artıq Palatanın səlahiyyətlərinin AMB-yə keçməsi üzrə təhvil-təslim prosesi başlayıb, bununla bağlı yaradılan komissiyaya Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev rəhbərlik edir.