Azərbaycanın cənub qonşusu olan İran rəsmiləri və İranın dini lideri Azərbaycanın açıq-aşkar təhdid edib.
FED.az xəbər verir ki, bu gün İranın dini lideri, İranın dövlət başçısı Ayətulluh Əli Xameneyi «Tvitter» hesabında Azərbaycana təhdid dolu bir neçə açıqlama yayıb.
İran rəhbəri əvvəlcə ingiliscə, ölkənin adını birbaşa çəkmədən bildirib ki, «Bir ölkənin təhlükəsizliyi tərəqqinin bütün fəaliyyətlər üçün əsas infrastrukturdur. Başqalarına güvənərək təhlükəsizliyini təmin edə biləcəyini düşünənlər bilməlidirlər ki, təhlükəsizliyini xaricilərə əmanət etdikləri üçün tezliklə bir zərbə alacaqlar».
Daha sonra İmam Hüseyn Hərbi Məktəbin məzuniyyət mərasimində çıxış edən Xamenei bildirib ki, «İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə yaşanan hadisələrin həll yollu xarici güclərin bu ölkələrə müdaxiləsinin qarşısını almaqdır».
Bu açıqlamalarda Azərbaycanın adı çəkilməsə də, daha sonra Xameneyi «Tvitter»də Azərbaycanca 2 açıqlama yayıb. Burada İran rəhbəri bildirir ki, «İranın şimal-qərb qonşularının problemləri qonşu xalqlara güvənc və onların ordularının həmkarlığı ilə, biganə orduların hərbi huzuru olmadan həll edilməlidir».
İkinci açıqlamada Azərbaycana açıq şəkildə işarə edilir. İran tərəfi bu açıqlamada Azərbaycanı öz qardaşlarını «quyu qazmaqda» ittiham edir:
"İranın şimal-qərbinə aid problemlərdəİran silahlı qüvvələri ağılla birgə, qüdrətlə addım atır. Yaxşı olar ki, başqaları da ağılla hərəkət edib, region üçün problem yaranmasına imkan verməsinlər. Öz qardaşlarına quyu qazanlar öncə özləri quyuya düşür»-deyə İranın rəhbəri Azərbaycanı açıq-aşkar təhdid edib.
Xameneyinin açıqlamasından qısa müddət sonra İrən tərəfi «kartı açıb». İran parlamentinin sabiq vitse-spikeri Əli Motahari Azərbaycanı hədələyərək bildirib ki: «İran nəyin bahasına olursa olsun, Azərbaycan, Türkiyə və İsrailin Zəngəzur Dəhlizinin yaradılması ilə bağlı xain proqramına qarşı çıxmalıdır».
Başqa sözlə, İran tərəfi Azərbaycanla Zəngəzur arasında dəhlizin açılmasının əleyhinə olduğunu elan edib.
Oxşar bəyanatı bir gün əvvəl İranın xarici işlər nazirinin müavini Seyid Məhəmməd Kazım Səccadpur də səsləndirib. Onun sözlərinə görə, İran Azərbaycan da daxil olmaqla regiondakı dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin sərhədlərinin dəyişməsinin əleyhinədir. Qeyd edek ki, sərhədlərin dəyişməsi dediədə İrən rəsmiləri Azərbaycanla Naxçıvna arasında Zəngəzur dəhlisininin yaradılmasını nəzərdə tutur. İran tərəfi bu dəhlizin açılmasını istəmir, çünki İranın Ermənistanla yeganə sərhədi yalnız bu ərazidədir.
İran rəsmiləri Azərbaycanı «sionist rejim» adlandırdıqları İsraillə əməkdaşlıqda da ittiham edirlər. Ənənəvi Tehran yanaşmasına görə, rəsmi Bakı fələstinliləri incidən İsraillə əməkdaşlıq etməməli idi.
Qeyd edək ki, 2020-ci ilin sentyabr-noryabr aylarında baş verən 44 günlük Zəfər Savaşında Azərbaycan İsraildən alınan yüksək texnologiyalı avadanlıqlardan istifadə edib.
İran tərəfi isə Qarabağda və digər işğal edilmiş ərazilərdə ermənilərin 30 il ərzində məscidləri dağıtmasına və murdarlamasına göz yumub, bu barədə heç bir etiraz bildirməyib.
Bundan başqa, İran tərəfinin işğal olunan ərazilərdəki qondarma rejimlə soxsaylı iqtisadi əlaqəliri olub, o cümlədən İran şirkətləri Qarabağdakı qondarma dövləti yanacaqla təminatını həyata keçiriblər və rəsmi Tehran buna mane olmayıb. Hətta ərazilər işğaldan azad ediləndn sonra da İran avtomobilləri ilə Xankəndinə yanacaq və tərkibi dəqqi bilinməyən yükslərin daşınması davam edib.
Yalnız Azərbaycan tərəfinin ciddi tədbirlərindən və Gorus yolunu kəsməsindən sonra bu hallar nisbətən azalıb.
İran tərəfinin bu özbaşınalığı prezident İlham Əliyevin mətbuata – Türkiyənin «Anadolu» agentliyinə müsahibəsində bu məsələyə münasibət bildirməsinə səbəb olub. İlham Əliyev bunu «İranın dost, qardaş saydığı ölkə olan Azərbaycana və onun ərazi bütövlüyünə nümayişkaranə hörmətsizlik» edirsən?İran tərəfdən edilən hörmətsizlik» adlandırıb.
Bundan sonra isə Azərbaycanın sərhədlərini qanunsuz olaraq keçməyə cəhd edən iki İran sürücüsü saxlanılıb. İndiyədək İran avtomobillərinin Xankəndinə getməsini «İran şirkətlərinin işi olduğunu» iddia edən Tehran isə sürücülərin saxlanılmasına kəskin reaksiya verib.
İki gün əvvəl Azərbaycanın İrana yeni təyin edilən səfiri Əli Əlizadə İranın xarici işlər naziri Xoseyn Əmir Abdollahiana öz etimadnamələrini təqdim edərkən iranlı nazirlə gərgin müzakirə aparmalı olub. İRNA agentliyinin yaydığı məlumata görə, İranlı nazir azərbaycanlı səfirə Tehrandakı missiyasında uğurlar arzu edib və mehriban qonşuluq siyasəti çərçivəsində ikitərəfli münasibətlərin vacibliyini vurğulasa da, Bununla yanaşı Xoseyn Əmir Abdollahian Azərbaycanın ərazisində İranın iki sürücüsünün saxlanılması ilə bağlı narazılığını da bildirib və bunun «yolverilməz» olduğunu bildirib. O Azərbaycan tərəfindən sürücülərin tezliklə buraxılmasını tələb edib.
Abdollahian İranın bir neçə gün əvvəl Azərbaycan sərhəddə hərbi təlimlər keçirməsi barədə də danışıb. İranlı nazir belə təlimlərin keçirilməsini hər bir dövlətin suveren haqqı olduğunu vurğulasa da, bu təlimlərin nə üçün məhz indi Azərbaycanla sərhəddə keçirilməsinə aydınlıq gətirməyib. Sadəcə bildirib ki, «İran onun milli təhlükəsizliyinə qarşı yönəlmiş sionist rejiminin ərazisində qalmasına imkan verməz və bununla bağlı lazımı tədbirlər həyata keçirər».
Qeyd edək ki, İranın Azərbaycanla sərhəddə gözlənilmədən hərbi təlimlər keçirməsi rəsmi Bakının da təəccübünə səbəb olmuşdu. Prezident İlham Əliyev «Anadolu» agentliyinü müsahibəsində bildirmişdi ki, sözügedən torpaqlar ermənilərin işğalı altında olarkən bir dəfə də hərbi təlim keçirməyən İranın torpaqlar azad ediləndən sonra qəflədən belə təlim keçirməsi təəccüblüdür: «Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır»-deyə prezident bildirmişdi.