Adentta MMC
Anbardar
Son tarix 03 iyl 2026 - [email protected]
Vəzifə öhdəlikləri
- Anbara daxil olan məhsulların qəbulunu, yoxlanılmasını və düzgün yerləşdirilməsini təmin etmək;
- Məhsulların qəbulu və təhvili ilə bağlı sənədlərin hazırlanması və qeydiyyatını aparmaq;
- Sifarişlərə uyğun məhsulların seçilməsi, hazırlanması və göndərilməsini təmin etmək;
- Anbar qalıqlarına nəzarət etmək və mütəmadi sayımlar aparmaq;
- Məhsulların saxlanma şərtlərinə və son istifadə tarixlərinə nəzarət etmək;
- Anbarın səliqəli və təhlükəsiz saxlanılmasını təmin etmək;
- İnventarizasiya proseslərində iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər
- Ali təhsilli, yalnız bəy namizədlər;
- Anbardar və ya oxşar vəzifədə iş təcrübəsi;
- Kompüter bilikləri (MS Office proqramları üzrə baza səviyyədə bilik);
- 1C proqramında işləmək bacarığı (anbar uçotu, məhsul hərəkətləri, qalıqların izlənməsi və sənədləşmə əməliyyatları üzrə təcrübə üstünlükdür);
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
- Komandada işləmək bacarığı;
- Operativ qərarvermə və vaxtın düzgün idarə olunması bacarığı;
- Fiziki aktiv iş rejiminə uyğun olmaq.
İş şəraiti:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Şənbə: 09:00 – 15:00
- İş ünvanı: Bakı şəhəri, Həsən Əliyev 82f (backoffice)
- Əmək haqqı: Fiks 850 AZN və rüblük bonus
Göstərilən tələblərə uyğun gələn namizədlərdən Azərbaycan dilində tərtib olunmuş CV-lərini mövzu hissəsinə “Anbardar” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.















