Uğur İndustry MMC
Anbardar (nəqliyyat sahəsi üzrə)
Son tarix 03 iyl 2026 - [email protected]
“Uğur İndustry” MMC Anbardar (nəqliyyat sahəsi üzrə) vakansiyası elan edir.
İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
- MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı);
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Təhlil və analiz etmə qabiliyyətli olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Nəqliyyat şöbəsi üçün tələb olunan ehtiyyat hissələrinin, yanacaq və sürtkü materiallarının anbar sifarişinin hazırlanması;
- Nəqliyyat şöbəsinin ehtiyyat hissə anbarına daxil olmuş ehtiyyat hissələrinin, yanacaq və sürtkü materiallarının mədaxil və məxaric olunması;
- Mədaxil və məxaric sənədlərinin mühafizədə qeydiyyatdan keçirilməsi;
- Mal-material kodu üzrə səhv göndərilmiş mal-materialın anbardan məxaric edilməsi;
- Nəqliyyat şöbəsinə məxsus anbarda mal-materialların kodlar üzrə yerləşdirilməsi;
- İstifadə edilmiş ehtiyyat hissələrinin, köhnə ehtiyyat hissə anbarına yığılması;
- Məlumatların proqram bazasına daxil edilməsi;
- Sistemdən yararsız mal-materialların rəhbərliyin icazəsi əsasında silinməsinin həyata keçirilməsi;
- Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
- Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə hesabatların hazırlanması və təqdim edilməsi;
- Anbarda əməyin mühafizəsi, yanğından mühafizə qaydalarına riayət edilməsinin təmin edilməsi;
- Vəzifəsindən irəli gələn digər işlərin yerinə yetirilməsi;
Təminatlar:
- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
- Korporativ nömrə ilə təmin edilir.
- Əmək haqqı: Xalis: 800-1000 AZN
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Anbardar (nəqliyyat sahəsi üzrə)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.















