Azərbaycan yerli televiziyalarına müsahibə verən prezident İlham Əliyev bir neçə gün əvvə Fransa siyasətçisi, bu ölkədə prezidentliyə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfərinə toxunub.
Dövlət başçısı bildirib ki, səfərlə bağlı xəbər yayılandan sonra Rusiya sülhməramlıları Azərbaycan tərəfinin sorğularına cavab olaraq həmin şəxsi Qarabağa tanımadan buraxdıqlarını bildirblər. İlham Əliyev bildirb ki, Azərbaycan tərəfi bu səfərdən vaxtında xəbərdar olsaydı Valeri Pekresi və onu müşayiət edən şəxsləri geri buraxmayacaqdı:
"Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. “Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokomissar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq.
Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz”, - deyə Prezident vurğulayıb.