Xəbər verildiyi kimi, gələn ilin dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat olacaq.
Büdcəyə yığılan hər 100 manat üçün 1,2 manat xərclənir – VERGİ XİDMƏTİ AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, büdcənin gəlirləri 2026-cı illə müqayisədə 645 milyon manat (1,7%) artacaq.
Büdcənin gəlirlərinin artması vergilərdən daxilolmaların artması ilə bağlıdır. Belə ki, bu ilə nəzərən gələn il vergi üzrə daxilolmalar 1,4 milyard manat (5,3%) artırılacaq.
Yəni, əgər 2026-cı ildə dövlət büdcəsinə bütün növ vergilərdən 26 milyard 276 milyon manat gəlir gözlənilirdisə, 2027-ci ildə bu məbləğ 27 milyard 657 milyon manat olacaq – başqa sözlə, 1 milyard 381 milyon manat (5,3%) daha çox.
Ən böyük fərq fiziki şəxslərin gəlir vergisində olacaq. Bu sahədən vergi daxilolmaları illik müqayisədə 690,7 milyon manat (29%) artaraq 3 milyard 70 milyon manata çatacaq. Hüquqi şəxslərin mənfəət vergisi də 403 milyon manat (6,1%) artaraq 6 milyard 983 milyon manata yüksələcək. Fiziki və hüquqi şəxslərin gəlir vergisi gələn il büdcəyə 1 milyard 93,7 milyon manat daha çox gəlir gətirəcək.
Hüquqi şəxslərin torpaq vergisindən daxilolmalar 1 milyon manat (2,1%) artaraq 48 milyon manata, hüquqi şəxslərin əmlak vergisi 24 milyon manat (6,4%) artaraq 400 milyon manata bərabər olacaq.
Bundan başqa, əlavə dəyər vergisi gələn il büdcəyə 9 milyard 386 milyon manat gətirəcək ki, bu da, illik müqayisədə 169,7 milyon manat (1,8%) daha çox olacaq.
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisindən daxilolmalar isə 50 milyon manat (1,1%) azalaraq 4,7 milyard manata düşəcək.
Sadələşdirilmiş vergi büdcəyə 467 milyon manat (38 milyon manat / 8,9% çox), aksizlər büdcəyə 1 milyard 909 milyon manat (91 milyon manat / 5%) çox pul gətirəcək.
Yol vergisindən daxilolmalar 26,4 milyon manat (6,7%) azalaraq 368 milyon manata enəcək.
Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisinin həcmi 61 milyon manat olmaqla, illik müqayisədə (1,7%) daha çox olacaq.
Gələn il mədən vergisindən büdcəyə daxilolmalar 155 milyon manat (4 milyon manat / 2,6% çox), vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalardan büdcəyə 110 milyon manat (35 milyon manat / 46,7% çox) pul gələcək.
2027-ci ildə vergilərdən dövlət büdcəsinə daxil olacaq vəsaitlər daha ətraflı:
|
S/N |
Dövlət büdcəsinin |
2026 |
2027 |
Dinamika |
Dinamika |
|
1 |
Fiziki şəxslərin gəlir vergisi |
2 379 300 000 |
3 070 000 000 |
690 700 000 |
29,00% |
|
2 |
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi |
6 580 000 000 |
6 983 000 000 |
403 000 000 |
6,10% |
|
3 |
Hüquqi şəxslərin torpaq vergisi |
47 000 000 |
48 000 000 |
1 000 000 |
2,10% |
|
4 |
Hüquqi şəxslərin əmlak vergisi |
376 000 000 |
400 000 000 |
24 000 000 |
6,40% |
|
5 |
Əlavə dəyər vergisi |
9 216 300 000 |
9 386 000 000 |
169 700 000 |
1,80% |
|
6 |
Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə |
4 750 000 000 |
4 700 000 000 |
-50 000 000 |
-1,10% |
|
7 |
Sadələşdirilmiş vergi |
429 000 000 |
467 000 000 |
38 000 000 |
8,90% |
|
8 |
Aksizlər |
1 818 000 000 |
1 909 000 000 |
91 000 000 |
5% |
|
9 |
Yol vergisi |
394 400 000 |
368 000 000 |
-26 400 000 |
-6,70% |
|
10 |
Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa |
60 000 000 |
61 000 000 |
1 000 000 |
1,70% |
|
11 |
Mədən vergisi |
151 000 000 |
155 000 000 |
4 000 000 |
2,60% |
|
12 |
Vergi orqanlarının xətti ilə toplanan |
75 000 000 |
110 000 000 |
35 000 000 |
46,70% |
|
CƏMİ |
26 276 000 000 |
27 657 000 000 |
1 381 000 000 |
5,30% |
|













