Dövlət qurmlarında islahatlar və təmizləmə işləri bundan sonra da davam edəcək.
Eləcə də bax: «Qohumları vəzifəyə qoyur, torpaq alır, biznesə dəstək verirdilər»
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev yeni tərkibdə Milli Məclisin ilk iclamsında çıxış edərkən bildirib.
Prezident bildirib ki, hazırda həm struktur, həm də kadr islahatları aparılır.
«Son müddət ərzində Prezident Administrasiyası demək olar ki, tam yeni tərkibdə formalaşıb və yeni şöbələr yaradılıb. Bu şöbələrin yaradılması, eyni zamanda, dediyim sözləri bir daha təsdiqləyir, bizim niyyətimizi təsdiqləyir. Nazirlər Kabineti yeni tərkibdə formalaşmışdır. Hazırda Nazirlər Kabineti daha operativ və çevik fəaliyyət göstərir».
Eləcə də bax: İlham Əliyev: "Deputatlar seçicilərin problemləri ilə maraqlanmalıdır"
Prezident deyib ki, nazirliklərdə kadr islahatları aparılıb, yerli icra orqanlarında bu islahatlar aparılır və aparılacaq: «Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın».