Dövlət Gömrük Komitəsi (DGK) cari ildə dövlət büdcəsinə əlavə 500 milyon manat vəsait köçürəcək.
FED.az xəbər verir ki, bu barədə Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Eləcə də bax: Avqustda Gömrük Komitəsi büdcəyə - 395 MİLYON MANATADƏK VƏSAİT KÖÇÜRÜB
O bildirib ki, ötən il 1 milyard manatdan çox əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Bu il isə 500 milyon manat əlavə vəsaitin köçürülməsi nəzərdə tutulur. Ötən ilə nisbətən 1,3 milyard manat çox vəsait köçülürməli idisə, bu rəqəm 1,8 milyard manat olacaq.
Azərtac