"Muğansutikinti" ASC Təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edib.
FED.az bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Əmlak Məsələləri Dövlət Komitəsi “Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi. Ötən il aprel ayında fiziki şəxs V.Qurbanov “Muğansutikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdi. Müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, qalib şəxs dövlət büdcəsinə 400 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, üç ay ərzində müəssisəyə 355 min manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.
Müsabiqə qalibinin təqdim etdiyi İnvestisiya Proqramına əsasən, müəssisənin tikililərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması, yeni müasir avadanlıq və texnikanın alınması, mövcud avadanlıq və texnikanın təmirinin həyata keçirilməsi nəzərdə tutulur.
Eləcə də bax: Şirkətlərin qeydiyyatında – YENİLİK
Vaqif Qurbanov 1984-cü ilin fevral ayından hal hazıra kimi “Muğansutikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.