Həyat sığortası bazarının liderlərindən olan “Atəşgah Həyat Sığorta Şirkəti” ASC bu ilin üçüncü rübünün sonunda olan maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında “Atəşgah Həyat”ın gəlirləri 113,5 milyon manat, xərcləri 97,4 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 45,7 milyon manat (67,4%), xərclər 40 milyon manat (69,7%) artıb.
Gəlirlərin əsasını təşkil edən əməliyyat gəlirləri 83,6 milyon manata bərabər olmaqla, ötən ilin müvafiq dövrünə nəzərən 2,3 milyon manat (2,8%) artıb. “Atəşgah Həyat”ın investisiya gəlirləri 1,7 milyon manat (43,1%) artaraq 5,8 milyon manata yüksəlib. Xalis sığorta ehtiyatlarının dəyişməsi şirkətə 42 milyon manat gətirib. Məsələ bundadır ki, ötən ilin ilk 9 ayının yekununda sığorta ehtiyatları mənfi 18 milyon manat idi. İndi isə bu rəqəm 42 milyon manat artımla 24 milyon manata yüksəlib. Digər gəlirlər isə 90,6 min manata bərabər olub.
3-cü rübün nəticəsinə görə, “Atəşgah Həyat”ın ümumi xərcləri 97 milyon manat olub, bunun 90,1 milyon manatını əməliyyat xərcləri, 7,1 milyon manatını işlərin aparılması xərcləri, 146 min manatını digər xərclər tutub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə əməliyyat xərcləri 40 milyron manat və ya 82% artaraq ötənilki 49 milyon manatla müqayisədə 90 milyon manatı keçib.
İşlərin aparılması xərci isə 500 min manat azalaraq 7,6 milyon manatdan 7,1 milyon manata enib.
Hesabat dövründə “Atəşgah Həyat Sığorta” 16,1 milyon manat əməliyyat mənfəəti əldə edib və 3,2 milyon manat mənfəət vergisi ödəyib. Yekunda şirkətin xalis mənfəəti 12,9 milyon manata çatıb ki, bu da, ötən ilin eyni dövrünə nisbətən 4,6 milyon manat və ya 55% artıqdır.
Cari ilin üçüncü rübünün sonunda “Atəşgah Həyat Sığorta Şirkəti” ASC-nin cəmi aktivləri 128,7 milyon manat olub. Aktivlərin 22,6 milyon manatı pul vəsaitləri və onların ekvivalentlərinin, 98,1 milyon manatı investisiya aktivlərinin, 4,4 milyon manatı debitor borclarının, 1,6 milyon manatı torpaq, tikili və avadanlıqların payına düşüb.
Bəhs olunan dövrdə şirkətin cəmi öhdəlikləri 107,1 milyon manat olub. Bu, ilin əvvəlindən bəri 22,6 milyon manat (17,4%) azalma deməkdir. Öhdəliklərdə - sığorta ehtiyatları 99,6 milyon manata, kreditor borcları 6,3 milyon manata, digər öhdəliklər 1,2 milyon manata bərabər olub.
Nəticədə, son 9 ayda “Atəşgah Həyat Sığorta Şirkəti” ASC-nin cəmi kapitalı 2,3 milyon və ya 12% artaraq 2026-cı ilin üçüncü rübünün sonunda 21,6 milyon manata yüksəlib. Kapitalın 6,5 milyon manatı nizamnamə kapitalının, 394,4 min manatı kapital ehtiyatlarının, 14,7 milyon manatı bölüşdürülməmiş mənfəətin hesabına formalaşıb.







![“Atəşgah Həyat”ın gəlirlərində sıçrayış – [red]13 MİLYON MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/2621269.png)
![“Atəşgah Həyat”ın gəlirlərində sıçrayış – [red]13 MİLYON MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/4734810.jpeg)
![“Atəşgah Həyat”ın gəlirlərində sıçrayış – [red]13 MİLYON MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/3593496.jpeg)
![“Atəşgah Həyat”ın gəlirlərində sıçrayış – [red]13 MİLYON MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/1472893.jpeg)
![“Atəşgah Həyat”ın gəlirlərində sıçrayış – [red]13 MİLYON MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/923708.jpeg)








