Bələdiyyələr qəbul etdikləri qərarları elektron portala yerləşdirəcəklər.
Bələdiyyələrlə iş baş idarəsi yaradılır
FED.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Bələdiyyələrin statusu haqqında qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın elektron portalında yerləşdirməlidirlər.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.