Azərbaycan Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsünü müəyyənləşdirəcək.
FED.az xəbər verir ki, Azərbaycanın Baş Naziri Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Eləcə də bax:Ştatdankənar işçilərə maaş veriləcək - BAŞ NAZİRDƏN QƏRAR
Sərəncama əsasən, Maliyyə Nazirliyi bir ay müddətində 2020-ci ilin dövlət büdcəsində xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Xatırladaq ki, bu ilin dövlət büdcəsində xarici yardımlar üçün 22 mln. manat vəsait nəzərdə tutulub.