Prezident İlham Əliyev Bakı şəhərində məşhur Azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.
Eləcə də bax: Xeyriyyəçi, yoxsa biznesmen? - Hacı Zeynalabdin Tağıyevin biznes sirri
FED.az-ın məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində onun abidəsi ucaldılacaq.
Abidənin ucaldılması ilə bağlı işlər Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinə həvalə edilib.