ABŞ Senatı Azərbaycana hərbi yardımı dayandırılmasını nəzərdə tutan “2023-cü il tarixli Ermənistan Müdafiə Aktı” olan qanunu qəbul edib.
Azərbaycan Vaşinqtonda Ermənistanla keçiriləcək görüşdən - İMTİNA ETDİ
FED.az xəbər verir ki, bu barədə ABŞ Senatının saytında bildirilib.
Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı"na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Qeyd edək ki, “907-ci düzəliş” ABŞ-ın Azərbaycana hərbi yardımına icazə verirdi. İndiki qanun isə bu düzəlişi qadağan edir, daha sadə desək, Yeni qanun Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur.
Bununla yanaşı, sözügedən sənəd Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir.
Qanun layihəsi Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edildikdən və ABŞ Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, qanun layihəsinin müəllifi 2023-cü ilin sentyabrında Ermənistana səfər etmiş ABŞ nümayəndə heyətinə rəhbərlik edən senator Harri Pitersdir.