Türkiyə Suriyada hərbi əməliyyatlara başladıqdan sonra ABŞ prezidenti Donald Tramp növbəti dəfə hədələyici sözlər işlədib.
Eləcə də bax: Türkiyə Suriya ərazisində - ƏMƏLİYYATLARA BAŞLADI
FED.az xəbər verir ki, Tramp Türkiyəni sanksiyalardan da sərt cəzaların gözlədiyini deyib. Onun sözlərinə görə, ABŞ hərbi əməliyyatlara görə rəsmi Ankaraya qarşı sərt tədbirlər görəcək.
“Mən sanksiyalardan da güclü addımlar atacam”, - deyə Tramp bildirib.
Xatırladaq ki, Donald Tramp daha əvvəl Türkiyə iqtisadiyyatını məhv etməklə hədələmişdi.