Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar yaxın günlərdə Azərbaycana səfər edəcək.
FED.az xəbər verir ki, bu barədə Prezident Ersin Tatar TNS-ə müsahibəsində deyib.
Dövlət başçısı Bakıda “Şimali Kipr Türk Respublikası tanıtım günləri” çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək məqəsədilə Azərbaycana gələcək.
Prezident Ersin Tatar müsahibəsində iki ölkənin əlaqələri, Türk Birliyinin qurulması, inkişaf etməsi, Şimali Kiprin müstəqilliyinin tanınması, bu ölkədəki investisiya sahələri və digər mövzularda danışıb.
Müsahibə yaxın günlərdə oxuculara təqdim ediləcək.