FED.az Banker.az-a istinadən xəbər verir ki, ABŞ əvvəl tətbiq edilmiş sanksiyalara görə İrana 50 milyard dollar təzminat ödəməlidir.
Eləcə də bax: Tramp: “İrana qarşı sanksiyalar sərtləşdiriləcək”
Yalnız bu halda Tehran nüvə sazişinə qayıtmağa hazır olduğunu bildirib. Qeyd edildiyi kimi, Vaşinqton məhdudlaşdırıcı tədbirləri ilə ölkənin ticarət əlaqələrini kəsməyə və blokadaya düşməsinə nail olmağa çalışır.
Xatırladaq ki, 2015-ci ilin iyul ayında Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran Birgə Hərtərəfli Fəaliyyət Planına nail olduqlarını elan etmişdilər. Bu plana əsasən Tehran nüvə proqramlarını məhdudlaşdırmalı, Qərb isə sanksiyaları ləğv etməli idi. Lakin ötən ilin mayında ABŞ müqavilədən çıxacağını və İslam Respublikasına qarşı sərt sanksiya rejimini bərpa edəcəyini açıqlayıb.