Banner
Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Boya istehsalçıları

  1. Ana səhifə
  2. Boya istehsalçıları
  1. Boya istehsalçıları

"Penguin" boyalarının istehsalçısı "CMT Group" MMC «mini inqilab» etdi: İndiyədək xaricdən gətirilirdi, indi ölkədə buraxılacaq - MÜSAHİBƏ

"Penguin" boyalarının istehsalçısı "CMT Group" MMC  «mini inqilab» etdi: İndiyədək xaricdən gətirilirdi, indi ölkədə buraxılacaq - MÜSAHİBƏ | FED.az
09:26 7 Avq 2023

Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində mühüm hadisə baş verib.

FED.az xəbər verir ki, «CMT Group» MMC ölkədə ilk dəfə olaraq «EPO» markası altında xüsusi beton qatqısının - polikarbooksilat beton qatqılarının istehsalına başlanılıb.

"Bizim boyaları satmaqda tərəddüd edirdilər. Amma biz iddialıydıq, artıq bu gün istədiyimizə çatmışıq"

Olduqca mürəkkəb texnologiyaya əsaslanan, buna görə də indiyədək ölkədə istehsalı olmayan, yalnız xaricdən alınan məhsulun Azərbaycandakı istehsalını “CMT Group” şirkəti təşkil edib. Qeyd edək ki, “CMT Group” şirkəti Azərbaycanda ən keyfiyyətli «Penguin» boyalarının, «Knar» markası altında sənaye və dəniz boyalarının, eləcə də EPO yapı kimyasallarının istehalçısıdır.

 «Bu gün biz Azerbaycanda istehsalı olmayan polikarbooksilat beton qatqılarının istehsalına başladıq. Bu mümkün olmayan, texnoloğiyası cox gizli saxlanilan bir istehsal məhsulu idi. İndiyədək zavodlarımız bu məhsulu yarım fabrikat halında alıb qatqı düzəldirdilər. Biz isə bu işin öhdəsindən uğurla gəldik, 3 illik zəhmət boşuna getmədi»-deyə şirkətin yeni məhsulla bağlı açıqlamasında bildirilir.

Yeni məhsul Azərbaycanın tikinti sektorunda mühüm dəyişikliyə səbəb olacaq. Belə ki, polikarboksilat əsaslı beton əlavələri yeni nəsil beton qatqılar hesab olunur. Bu qatqılar superplastifikator sinifinə aid olunur, dunya bazarnda və eləcə də Azərbaycanda isə hiper qatqılar kimi adlanır. 

“CMT” MMC  şirkətinin texnoloqu, kimya mühəndisi Xanlar Əliyev FED.az-a yeni məhsulun kimyəvi xarakteristikalarını açıqlayıb. Onun sözlərinə görə, polikarboksilat əsaslı super axishqanlaşdırıcılar C-C (karbon-karbon) sütünuna və əlavə karboksil funksiyasina malik anion polimerlərdir.

«Sözügedən polimer betonda su/sement nisbətini kəskin azaldır, yəni betonu duru saxlamaq üçün ona daisu qatmaq tələb olunmur, betonun istifadə edilmə müddətini uzadır, soyuq havalarda isə minimum məsameli beton əldə olunması sayəsində şaxtaya davamlılıq xüsusiyyəti vermə qabiliyyətinə malikdir».

Yeni beton qatqısı məhsulu Azərbaycanda yaşayış binalarından tutmuş körpü və tunelllərin tikintisinədək bütün tikinti sahələrində betona möhkəmlik qatmaq və beton məhlulundan daha səmərəli istifad olunması üçün istifadə edilir.

İndiyədək bu əlavələr Azərbaycanda istehsal edilməyib və yalnız xaricdən idxal edilirdi.

- Yeni qatqılar beton istehsalı sahələrində, beton verilmədə, sement məhsullarında istifadə olunur. Bu məhsul iki formada mövcuddur -  quru və maye şəklində. Maye halda olan qatqılar beton istehsalında, quru variant isə sement məhsullarında istifadə olunur.

Yeni qatqı betonda olan su/sement  nisbətinin kəskin şəkildə aşağı salınmasına xidmət edir. Normal qatqılardan istifadə etdikdə su/sement nisbəti 0,50, 0,52, ən yaxşı halda 0,49 nisbətində olur. Amma bu qatqılardan istifadə edəndə həmin göstərici 0,30 nisbətinədək enə bilir.

- Yəni yeni qatqılar betonda sement sərfiyyətini aşağı salır?

- Bu qatqı sement sərfiyyatını da aşağı salır. Su-sement nisbətini azaltmaq nə deməkdir? Tutaq ki, bir kuba 200 kq sement vururuqsa normalda 200-220 marka beton ala bilərdik, yeni qatqıdan istifadə etdikdə isə həmin nisbətdə sement bizə 300 markalıq beton verir. Yəni betonun gücü və möhkəmliyi artır.

- Yeni məhsul betona su sərfiyyatını da azaldır?

- Bəli, betonda su/sement nisbətini maksimum ideal vəziyyətə gətirdiyinə görə betona lazım olan su sementin 28-30 faizi qədər olur. Bu qatqılar olmayanda isə betonun pompalanması çətin olur, buna görə də beton zavodları məcburiyyətdən buraya daha çox su qatırlar ki, beton daha duru olsun və yüksəkliyə daha rahat vurula bilsin. Amma suyun normadan artıq verilməsi betondakı sementin yuyulmasına və onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

- Bu qatqılar hansı betonlarda istifadə olunur?

- Bu qatqı zəmin qalınlığı üçün tökülən betondan tutmuş, körpü, bina betonlarınadək istifadə olunur. Bu 100-150 markadan tutmuş 800-900, 1000 markaya kimi betonun alınmasnda istifadə olunan qatqılardır.

- Tikinti şirkətləri üçün bu beton qatqısının əsas faydaları hansılardır?

- Birincisi, betonun markasını, yəni möhkəmliyini artırır, pompalanmasını asanlaşdırır. Betonun yerləşməsini rahat edir, bəzi hallarda hətta beton məhlulunun verilməsində heç vibrasiyaya da ehtiyac qalmır.

- Yəni betonu o dərəcədə duru saxlayır?

- Bəli, qatılığı normaya salır və artıq betonu su ilə durulaşdırmağa ehtiyac qalmır. Həm də qeyd etdiyim kimi bu qatqı sement istifadəsini azaldır, sementə qənaət edir.

- Azərbaycanda bu qatqılardan indiyədək də istifadə olunurdu, amma xaricdən alınırdı?

- Bəli, Azərbaycanda bu beton qatqıları.  2014-2015-ci  illərdən istifadə olunur. Amma Azərbaycanda istehsalı yox idi, xaricdən alıb gətirilirdi.

- STM şirkəti bu məhsulun istehsalı üçün nə vaxtdan işlərə başlayıb?

- Bu məhsul üzərində işlərimiz orta hesabla səkkiz ay davam etdi. Bu müddətin 5 ayı laboratoriyada, məhsulun hazırlanması üçün təcrübələrə sərə edildi. Lazımi kimyəvilərin tapılması, proporsiyaların müəyyən edilməsi, lazımi reaksiyaların aparılması və s. Bundan sonra alınan məhsul 3 ay ərzində laboratoriyada və real şəraitdə sınaqdan keçirildi. Bunu qısa zaman ərində də etmək olardı, amma biz bütün bu işləri öz gücümüzlə, heç bir xarici şirkətdən və xarici mütəxəssisdən kömək almadan etmişik. Sırf özümüz yola çıxaraq öz araşdırmalarımızı etmişik və davam edib nəticə əldə etmişik. Bütün laboratoriya sınaqlarında da özünü doğruldub. Qısa müddətdə yeni məhsulun sertifikatlaşma məsələlərini də həll edəcəyik.

- Hazırda şirkətin bu məhsulu istehsal gücü nə qədərdir?

- Hazırda yeni qatqı üzrə istehsal gücümüz gündəlik 5 ton təşkil edir, amma tələbat olarsa, biz 10-15 gün ərzində daha bir qurğu işə salaraq lazımi həcmi təmin edə bilərik. Yeri gəlmişkən, qurğunun özünü də biz özümüz düzəltmişik, reaktorunu da. Yəni xaricdən alınmayıb. Bu aparatlar Çindən gətirilir, azı 50-60 min dollardır. Amma onu düzəldə biləcəyimizə qərar verdik və alındı.

- Bu məhsulun alıcıları kimlər olacaq və qiyməti xaricdən gətiriləndən nə qəər aşağı olacaq?

- Məhsulumuzun əsas alıcıları beton istehsalçıları və beton qatqılarını istehsal edən şirkətlər olacaq. Biz xaricdən gətirilən məhsuldan həm ucuz, həm də keyfiyyətli məhsul təklif edəcəyik. Məhsulumuzun qiyməti xaricdən gətiriləndən təxminən 60 faiz, yəni iki dəfəyə yaxın aşağı qiymətə təklif olunacaq. Keyfiyyəti isə ondan nəinki geri qalmır, hətta daha yuxarıdır.

Digər məsələ də var, əgər istehsalçı bizim şirkətdirsə və satın alan şirkət də Azərbaycandadırsa sabah yaranmış problemlərlə bağlı daha operativ şəkildə məşğul olmaq imkanı da olacaq, burda tam opetiv şəkildə reaksiya verəcəyik. Amma məhsul xaricdən alınırsa və alınan malda problem olanda, onların bura gəlməsi və ya malın ora getməsi uzun çəkir. Məhsulumuzun keyfiyyətinə tam əminik, bütün standartların tələbini ödəyir.

"Penguin" boyalarının istehsalçısı "CMT Group" MMC  «mini inqilab» etdi: İndiyədək xaricdən gətirilirdi, indi ölkədə buraxılacaq - MÜSAHİBƏ | FED.az"Penguin" boyalarının istehsalçısı "CMT Group" MMC  «mini inqilab» etdi: İndiyədək xaricdən gətirilirdi, indi ölkədə buraxılacaq - MÜSAHİBƏ | FED.az
Banner
Banner
  • Penguin
  • boyalar
  • istehsalçı
  • CMT Group
  • Xanlar Əliyev
Paylaş

Digər xəbərlər

"Penguin" boyalarının istehsalçısı "CMT Group" MMC «mini inqilab» etdi: YENİ MƏHSUL BURAXACAQ - MÜSAHİBƏ
Boya istehsalçıları 16 Avq 2023
"Penguin" boyalarının istehsalçısı "CMT Group" MMC «mini inqilab» etdi: YENİ MƏHSUL BURAXACAQ - MÜSAHİBƏ
Bakıda boya və kimyəvi məhsullar sahəsindəki Azərbaycan və Hindistan - ŞİRKƏTLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİB 
Boya istehsalçıları 24 Fev 2023
Bakıda boya və kimyəvi məhsullar sahəsindəki Azərbaycan və Hindistan - ŞİRKƏTLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİB 
"Bizim boyaları satmaqda tərəddüd edirdilər. Amma biz iddialıydıq, artıq bu gün istədiyimizə çatmışıq"
Boya istehsalçıları 19 Aprel 2022
"Bizim boyaları satmaqda tərəddüd edirdilər. Amma biz iddialıydıq, artıq bu gün istədiyimizə çatmışıq"
“PANDA BOYA”nın yeni siması – “Ulduz səfir” kimdir? - VİDEO
Boya istehsalçıları 5 May 2021
“PANDA BOYA”nın yeni siması – “Ulduz səfir” kimdir? - VİDEO
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Rich Pharma" işçi axtarır - MAAŞ 700-1000 MANAT - VAKANSİYA
    21:44 27 Sen 2023
  • "Express Bank" işçi axtarır - VAKANSİYA
    21:41 27 Sen 2023
  • "AGRO-VEST RETAIL" işçi axtarır - MAAŞ 1500–2000 MANAT - VAKANSİYA
    21:36 27 Sen 2023
  • Bakıdakı Amerika səfirliyi işçi axtarır - VAKANSİYA
    21:32 27 Sen 2023
  • "Baku Steel Company" işçi axtarır - VAKANSİYA
    21:30 27 Sen 2023
  • Azərbaycan Dəmir Yolları işçi axtarır - VAKANSİYA
    21:28 27 Sen 2023
  • "Avant Group MTK" işçi axtarır - MAAŞ 800-1000 MANAT + BONUS 1000 MANAT - VAKANSİYA
    21:26 27 Sen 2023
  • "VTB bank Azərbaycan" işçilər axtarır - VAKANSİYA
    21:23 27 Sen 2023
  • Özbəkistanda məşhur elektromobillərin istehsalı başlayır – İLDƏ 300 MİN MAŞIN
    19:16 27 Sen 2023
  • “AzerGold” QSC-nin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
    18:15 27 Sen 2023
  • İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsini - QƏBUL EDİB
    18:01 27 Sen 2023
  • "Azərbaycan 2024-cü ildə ölkəyə turist axının 20% artımını gözləyir"
    17:54 27 Sen 2023
  • Son bir ayda Azərbaycanda bank müştərilərinin sayı - 150 MİNDƏN ÇOX ARTIB
    17:44 27 Sen 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:33 27 Sen 2023
  • Sağalmaz xəstəliklərdən sığorta üzrə ödənişlər 32%-dək azalıb
    17:28 27 Sen 2023
  • AKİA və "A-Sera Azərbaycan" MMC arasında - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ
    17:28 27 Sen 2023
  • 8 ayda Azərbaycanda istehlak kreditlərin həcmi - 16% ARTIB
    17:25 27 Sen 2023
  • Əmək qabiliyyətinin sığortası üzrə ödənişlər 62% artıb
    17:21 27 Sen 2023
  • Həyatın ölüm halından sığortası üzrə ödənişlər 45%-dən çox azalıb
    17:15 27 Sen 2023
  • Əmək qabiliyyətinin itirilməsinə görə müavinət nədir və kimlərə - TƏYİN OLUNUR?
    17:13 27 Sen 2023
  • Türk lirəsilə bağlı bədbin proqnozlar - DAVAM EDİR
    17:01 27 Sen 2023
  • “AzerGold”un Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsi - YAD EDİLDİ
    16:54 27 Sen 2023
  • Yerli şirkət "Prokon" MMC-ni - MƏHKƏMƏYƏ VERİB - SƏBƏB
    16:49 27 Sen 2023
  • "Nəqşicahan-İ" Kiçik Müəssisəsi "Krators" MMC-ni - MƏHKƏMƏYƏ VERİLİB
    16:43 27 Sen 2023
  • Sahibkarlar üçün bank hesablarının açılması - QAYDASI DƏYİŞİR
    16:38 27 Sen 2023
  • Azərbaycan banklarının ümumi xarici aktivləri 32% azalıb
    16:36 27 Sen 2023
  • Azərbaycanda biznes kreditləri əsasən mikro və kiçik sahibkarlığın hesabına artır
    16:30 27 Sen 2023
  • Azərbaycan banklarının xalis xarici aktivləri 2 dəfədən çox azalıb
    16:22 27 Sen 2023
  • 8 ayda əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi - 36%-DƏK AZALIB
    16:16 27 Sen 2023
  • Azərbaycan banklarının xarici öhdəlikləri 40%-dək artıb
    16:13 27 Sen 2023
  • Xankəndidən olan azərbaycanlı məcburi köçkünlərin qayıdışına hazırlıq müzakirə edilib - FOTOLAR
    16:08 27 Sen 2023
  • Avropa ölkəsi ən böyük istifadə olunmamış neft yatağında hasilata - İCAZƏ VERDİ
    16:00 27 Sen 2023
  • Həyatın yaşam sığortası üzrə ödənişlər 24%-dən çox artıb
    15:54 27 Sen 2023
  • Ermənistana Qarabağdan 42 mindən çox - ERMƏNİ KÖÇÜB
    15:52 27 Sen 2023
  • AAM “Qızılbulaq” və “Demirli” yataqlarına çıxış əldə etmək üçün Qarabağdakı vəziyyəti izləyir
    15:45 27 Sen 2023
  • "HVS Group" MMC yerli şirkəti - MƏHKƏMƏYƏ VERDİ
    15:43 27 Sen 2023
  • Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 54%-dən çox artıb
    15:35 27 Sen 2023
  • Vardanyanın saxlanılma anı - VİDEO
    15:35 27 Sen 2023
  • Kreditlərin sığortası üzrə yığımlar 3 dəfəyədək artıb
    15:25 27 Sen 2023
  • Qarabağ və Şərqi Zəngəzurun orqanik məhsullar markası - YARADILA BİLƏR
    15:25 27 Sen 2023
  • Kreml: "Vardanyanın Rusiya vətəndaşlığı varsa, hüquqları qorunacaq"
    15:19 27 Sen 2023
  • Aqrar Sığorta Fondunun sədri İsmayıllıda vətəndaşları qəbul edib - FOTOLAR
    15:14 27 Sen 2023
  • “Bakı Nazlı Saray” MMC-nin - KAPİTALI AZALDILIR
    15:06 27 Sen 2023
  • SOCAR-ın yanacaq dolu daha bir maşını Ağdamdan Xankəndiyə - YOLA DÜŞÜB
    15:02 27 Sen 2023
  • Restoran və kafelərdə ƏDV-nin qaytarılması - NECƏ APARILIR?
    14:51 27 Sen 2023
  • İşçilərin dələduzluğu sığortası üzrə yığımlar 2 dəfədən çox artıb
    14:49 27 Sen 2023
  • Əmlak Məsələləri Dövlət Xidməti daha bir şirkəti - MƏHKƏMƏYƏ VERİB
    14:43 27 Sen 2023
  • Ruben Vardanyan Laçın postunda saxlanıldı - BAKIYA GƏTİRİLDİ
    14:41 27 Sen 2023
  • Dəmiryol nəqliyyat vasitələrinin sığortası üzrə yığımlar 27%-dək azalıb
    14:36 27 Sen 2023
  • Su nəqliyyat vasitələrinin sığortası üzrə yığımlar 41%-dək artıb
    14:29 27 Sen 2023
  • Azərbaycanda dənli bitki istehsalındakı vəziyyət - PROBLEMLƏR VƏ HƏLLİ YOLLARI
    14:24 27 Sen 2023
  • Əmlak Məsələləri Dövlət Xidməti yerli şirkəti - MƏHKƏMƏYƏ VERİB
    14:19 27 Sen 2023
  • Dövlət Xidmətinin rəhbərliyi anım mərasimlərində iştirak edib - FOTOLAR
    14:18 27 Sen 2023
  • Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə yığımlar - 2 DƏFƏDƏN ÇOX ARTIB
    14:13 27 Sen 2023
  • “AzerGold” QSC Daşkəsən rayonunda şəhid ailələrini ziyarət edib
    13:43 27 Sen 2023
  • İpoteka Fondu elan etdiyi tenderin nəticələrini - AÇIQLAYIB
    13:16 27 Sen 2023
  • Dövlət qurumunun 1,8 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
    13:14 27 Sen 2023
  • Zəfər parkı doqquz hektardan çox ərazini - ƏHATƏ EDƏCƏK
    13:10 27 Sen 2023
  • İlham Əliyev və Mehriban Əliyeva Bakıda tikilən - ZƏFƏR PARKINDA OLUBLAR - FOTOLAR
    13:03 27 Sen 2023
  • Türkiyəyə 8 ayda səfər edənlərin - 2%-i Azərbaycan Vətəndaşları Olub
    12:57 27 Sen 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Dövlət istiqrazları 1 il - 6.26▼-0.24% Dövlət istiqrazları 2 il - 8.04▲0.56% Dövlət istiqrazları 3 il - 7.87▼-0.29% Dövlət istiqrazları 5 il - 9.69▲0.97% Dövlət istiqrazları 7 il - 7.57▲1.10% NOT (7 gün) - 7.62●0.00% NOT (28 gün) - 8.03▼-0.17% NOT (84 gün) - 8.21▼-0.03% NOT (168 gün) - 8.05●0.00% NOT (252 gün) - 8.49▼-0.08% BOKT Embafinans QSC - 10.50▼-0.50% AzerGold - 3.35▼-0.03% ARMB (NOT) Repo - 7.59●0.00% 1D AINAao - 8.30▲3.15% 1D AINAib - 8.30▲3.12% 1W AINAao - 5.25▲0.25% 1W AINAib - 7.90▲2.45% 2W AINAao - 6.78▼-1.12% 2W AINAib - 8.00▲0.10% 1M AINAao - 5.80▲0.80% 1M AINAib - 5.80▲5.80%
SOCAR [ AZ2002019894 ] Alış: 1003.00 / Satış: 1022.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10029.10 / Satış: 10119.76 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 910.67 / Satış: 956.20 BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1004.07 / Satış: 1020.97 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1013.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73