“İxrac İcmalı”nın iyul sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. FED.az reytinqə istinadən xəbər verir ki, bu ilin yanvar-iyun ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, "Caspian enerji-2020" MMC, "P-Aqro" MMC, "Baku Steel Company", “Sun Food" MMC, "Food Export Şəmkir" MMC. Cari ilin iyun ayında "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi bu siyahıda liderliyi ələ alıb.
Qeyri-dövlət ixracatçı subyektlərindən fərqli olaraq dövlətə məxsus şirkətlərin siyahısı əvvəlki ayda olduğu kimi dəyişməz olaraq qalıb. Bu siyahıya ənənəvi olaraq ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, Dövlət Material Ehtiyatlari Agentliyi, "Bakı Neft Maşınqayırma Zavodu" TASC.
Xaricə ən çox mal ixrac edən Azərbaycan şirkətləri - SİYAHI
12:03
30 İyul 2019