Türkiyədə bu il 24 İyun seçkilərində namizəd olaraq iştirak etməyən və səssiz sədasız 11 illik siyasət həyatına son qoyan baş nazirin iqtisadiyyat üzrə çemiş müavini Mehmet Şimşekə Böyük Britaniya və ABŞ-dan iş təkliflər sel kimi yağır.
FED.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə qəzetləri dünən həmin təkliflərdən biri barədə məlumat verib. Belə ki, Şimşeyin Ferit Şahenk'in sahibi olduğu "Doğuş Qrup" və Hüsnü Özyeğin'in sahibi olduğu "Fiba Holding"in birgə Londonda təsis etdiyi "Dome" bankına rəhbərlik etməsi bildirilib.
Şimşek'e yaxın mənbələr belə bir təklifin gəldiyi təsdiqləyiblər. Eyni zamanda London və Nyu-Yorkdakı təşkilatlardan çoxsaylı digər təkliflər aldığını söyləyiblər. Mənbələr bu gün İngiltərəyə gedən Mehmet Şimşəkin sabah Londonda bir çox təşkilatın səlahiyyətliləri ilə görüşəcəyini də deyiblər.
"Ancaq Şimşək hələ qərar verməyib. Danışıqlardan sonra son qərarını açıqlayacaq".
Qeyd edək ki, M.Şimşek 1993-ci ildə İngiltərədəki Exeter Universitetində maliyyə və iqtisadiyyat bölməsində yüksək dərəcə alıb. 2007-ci ilə qədər xaricdə xüsusi sektorda vəzifə etdi. 2007ci ilə qədər xarici ölkələrdə özəl sektorda çalışıb. 2007-ci ildə Türkiyədə millət vəkilliyinə namizəd olub. 60-cı hökumətdə Xəzinəyə Nəzarət üzrə Nazirlikdə, 61-ci hökumətdə isə Maliyyə Nazirliyində çalışıb. Şimşek 64-cü hökumətdə Baş nazir müavini vəzifələrini daşıyıb.
'Emerging Markets' jurnalı 2013-cü ildə onu 'Yüksələn Avropada İlin Maliyyə naziri' seçib. Həmin il "Foreign Policy" jurnalı tərəfindən dünyanın ən təsirli 500 kişisindən biri olaraq göstərilib.
Şimşek 3 uşaq atasıdır.
Türkiyəli keçmiş nazirə banklardan təkliflər sel kimi axır
23:30
13 Sen 2018