2024-cü il aprelin 12-si saat 12.00- da “Simurq Kompani” ATSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Heydər Əliyev prospekti 170 nömrəli ünvanda baş tutuacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Simurq Kompani” ATSC-nin 2023-cü ildəki idarəetmə fəaliyyəti haqqında hesabatı
. 2 . “Simurq Kompani” ATSC-nin təftiş komissiyasının 2023-cü ilin yekunlarına dair hesabatı.
3. “Simurq Kompani” ATSC-nin nizamnaməsinin yeni redaksiyada təsdiqi.
4. “Simurq Kompani” ATSC-nin müşahidə şurası üzvlərinin və sədrinin seçilməsi.
5. “Simurq Kompani” ATSC-nin idarəetmə orqanının yenidən formalaşdırılması və direktorun seçilməsi.
6. “Simurq Kompani” ATSC-nin təftiş komissiyası üzvlərinin və sədrinin seçilməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi ilə yığıncağın keçirilməsinə 3 gün qalmışa qədər cəmiyyətin ofisində tanış ola bilərlər.