Yaxşı hazırlanmış cavab reaksiyası uğursuzluqların nəticələrinin aradan qaldırılmasına kömək edir. Şirkətlərin birinci şəxsləri üçün vəziyyəti və hansı kontekstdə şərh etmələri bu mənada xüsusi dərəcədə vacibdir. Bu istiqamətdə də müstəqil ekspertlərin əməkdaşlığa cəlb edilməsi və media ilə ünsiyyət qurması labüddür.
FED.az bu dəfəki keysdə ictimai qınağa, “korporativ zərbəyə” məruz qalmış və bu vəziyyətdən çıxa bilməyən şirkətlərə biznes tarixinə istinadən tövsiyə xarakterli hadisələri təqdim edir.
“Nestle” şirkəti ilə “Greenpeace” arasında baş verən qalmaqal çox maraqlıdır. “Youtube”a yerləşdirilmiş viral videoda şirkət palma yağı istifadə etməklə ittiham edilirdi. “Nestle” sözügedən videonun “Youtube”dan silinməsinə müvəffəq oldu, amma önəmli bir məqam diqqət qaçırılmışdı. “Nestle” internetin gücünü nəzərə almamışdı. Reallıq ondan ibarətdir ki, sosial şəbəkələrdə yayılmış əks-təbliğat gözlənilməz dərəcədə sürətli və mənfi rəy yaradır. Belə olan halda sosial şəbəkədə yayılmış anti-reklamları silməyə çalışmayın. “Nestle” isə belə bir məqamda müştəriləri ilə dialoqa girmək əvəzinə neqativ kontenti blok edərək böyük bir səhvə yol verdi.
Böhran zamanı istifadəçilərlə və mətbuatla ünsiyyət üçün bütün kanallardan faydalanmaq lazımdır. Bu zaman sosial şəbəkələri yeniləyin, bütün telefon zənglərinə cavab verin, hətta əlavə xətlər təşkil edin. Mesaj, istək və tələb selinə hazır olun.
Potensial risklərin doğru təhlili gözlənilən və ya gözlənilməyən zərbənin təsir gücünü azaldır. Öncədən düşünün: işinizdə zəiflikləri müəyyənləşdirin, davranış strategiyasını hazırlayın, müvafiq informasiya materiallarından ibarət baza hazırlayın... Çünki reputasiya böhranları ilə hər kəs üzləşir və yalnız hazırlıqlı olanlar sağ qalır.
Reputasiya böhranları – BİZNES KEYS 4
16:45
14 Mart 2018