Eyni hüquqi ünvanda yerləşən 6 şirkət ləğv edilir.
Eləcə də bax: Azərbaycanda eyni şəxsə məxsus - 5 Şirkət Ləğv Olunur
FED.az xəbər verir ki, "BAKI 24" MMC, "KASPİ AZ" MMC, "MƏTBUAT EVİ" MMC, "GOLDEN PRİNCE" MMC, "GLOBAL ADVERTİSEMENT" MMC və "KASPİ CO" MTK ləğv olunduqlarını elan ediblər. Kreditorlar iki ay ərzində tələblərini Az1095 BAKI şəhəri, SƏBAİL rayonu, FİKRƏT ƏMİROV küçəsi, ev 1 ünvanına bildirə bilərlər.
Həmçinin "KASPİ FOOD" MMC ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Az1073 BAKI şəhəri, YASAMAL rayonu, MƏTBUAT PROSPEKTİ, ev 25, mənzil 38 ünvanına bildirə bilərlər.
"KASPİ FOOD", "BAKI 24", "MƏTBUAT EVİ" və "GLOBAL ADVERTİSEMENT" şirkətlərinin qanuni təmsilçisi Həsənli Şamxal Əli oğludur.
"KASPİ AZ ", "GOLDEN PRİNCE" və "KASPİ CO" şirkətlərinin qanuni təmsilçisi isə Vəliyev Azər Kalam oğludur.
Ləğv edilən şirkətlərin Azərbaycan Respublikası Prezidentinin keçmiş ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ailəsinə məxsusdur. (Marja)