2023-cü ildə dərman və tibbi ləvazimat istehsalı ilə məşğul olan müəssisələrin sayı 22 olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 ədəd (10%) çoxdur.
Bu müəssisələrin hamısı özəl sektorda olub.
Sənaye fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış fərdi sahibkarların sayı 3 nəfər və ya 30% artaraq 13-ə yüksəlib.
Bu növ məhsulun (işlərin, xidmətlərin) dəyəri, müvafiq illərin cari qiymətləri 2022-ci illə müqayisədə 5 milyon manat (29%) artaraq 21,1%-ə yüksəlib.
Sənaye istehsalı indeksi isə azalaraq 97,8%-dən 92,4%-ə düşüb.
Ötən ilin məlumatına görə tibbi maska istehsalı 15,6 milyon ədəd (8 dəfə) azalaraq 2,5 milyon ədədə düşüb, dərman istehsalı isə 717 min manat (9%) artaraq 8,5 milyon manata yüksəlib.