1 aprel 2022-ci il tarixində “Lənkəran Balıq Konserv” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq aşağıdakı gündəlikdə keçiriləcəkdir:
2. “Lənkəran Balıq Konserv” Açıq Səhmdar Cəmiyyətinin icra, idarəetmə və nəzarət orqanlarının seçilməsi.
3. Bir sıra bina və tikililərin, nəqliyyat vasitələrinin, gəmilərin, avadanlıqların balansdan silinməsi üçün ləğvetmə komissiyası tərəfindən tərtib edilmiş əmlakın (qiymətlilərin) ləğvi aktlarının təsdiq olunmasının müzakirəsi.
4. “Lənkəran Balıq Konserv” Açıq Səhmdar Cəmiyyətinin əsas vəsaitlərinin özgəninkiləşdirilməsi.
5. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 18.00-dək, səhmdar cəmiyyətin Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən inzibati binasında səhmdar cəmiyyətin direktoruna müraciət etməklə tanış ola bilərlər. Yığıncaqda iştirak etmək vacibdir. (Marja)