“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2018-ci ilin 8-11 may tarixlərində Bakı şəhərində keçiriləcək Dünya Limanları Konfransının təşkilinə dair açıq tender elan edir:
QSC-dən Trend-ə verilən məlumata görə, sorğuda iştirak edəcək fiziki və hüquqi şəxslərə qarşı əsas tələblər:
Qarşılanma;
Mədəniyyət proqramının koordinasiyası.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: qiymət, keyfiyyət, yüksək səviyyəli xidmət personalı, avadanlıq və texniki xüsusiyyətləri, mühafizə imkanları, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar, kadr potensialı.
Tenderdə iştirak etmək istəyənlər 50 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:
Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72.
Əlaqələndirici şəxs: Hacıyeva Aytəkin Əvəz qızı, tel: (012) 498 91 84
Təşkilatın adı: “Bakı Beynəlxalq Dəniz Dəniz Ticarət Limanı” QSC
Bank rekvizitləri: Kapital bank 1 saylı Səbail filialı
Kod: 200059
AZ37NABZ01350100000000001944
VÖEN: 9900003611
SWIFT: AIIBAZ2X
Beneficiary name: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
Beneficiary account: AZ27AIIB33010019443500206105
VÖEN: 9900065281
Ünvan: AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72
Telefon: (012) 599-00-03 (1401)
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);
- tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə qalır);
- müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımi texniki imkanları haqqında arayış.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 09 mart 2018-ci il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 15 mart 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 16 mart 2018-ci il saat 12.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.