“Koronavirus təhlükəsi ilə bağlı ticarət mərkəzlərində məhdudiyyətlərlə bağlı təzminat ödənilməsi nəzərdə tutulmur”.
Eləcə də bax: Qaydalara riayət etməyən - OBYEKTLƏR BAĞLANACAQ
FED.az "APA"ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ.Məmmədov deyib ki, bu məhdudiyyətlər həm də həmin sahibkarların, onların ailə üzvlərinin sağlamlığının qorunması üçündür.