Sentyabrın 6-dan etibarən “www.kobmarket.az” portal üzərindən alınan bütün məhsulların Bakı şəhəri üzrə çatdırılması pulsuz həyata keçiriləcək. Kampaniya oktyabrın 6-dək davam edəcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) FED.az-a bildirilib ki, hazırda “www.kobmarket.az” portalında 80-ə yaxın onlayn mağaza fəaliyyət göstərir. Portala qida məhsulları, avadanlıqlar, məişət texnikası, təmizlik, təmir və tikinti məhsulları, geyim, suvenirlər, əl işləri, aksesuarlar, kitablar və dəftərxana ləvazimatları, musiqi alətləri və sair kimi 1100-dən çox məhsul yerləşdirilib.
Qeyd edək ki, sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin məhsullarının onlayn satış imkanlarının genişləndirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə yaradılmış “www.kobmarket.az” ticarət platformasına qoşulmaq istəyən sahibkarlar portalda qeydiyyatdan keçməklə onlayn mağazalarını yarada və satış imkanlarını artıra bilərlər.