Azərbaycanda şirkət yaradan xarici ölkə vətəndaşlarının sayı artmaqdadır. Vergilər Nazirliyindən FED.az-a verilən məlumata görə, son bir hftədə xaricilərin təsisçiliyi ilə ölkədə 23 şirkət qeydiyyatdan keçib.
Bu sahədə ən böyük aktivliyi İran vətəndaşları nümayiş etdirirö Belə ki, 23 xarici şireətdən 12-sini İran vətəndaşları təsis ediblər. Müşahidələr göstərir ki, İran investorları daha çox xidmət və aqrar sektora maraq göstərirlər.
Sonrakı pilləni Türkiyə və Rusiya investorları paylaşır. Siyahıda Türkiyədən 4, Rusiyadan 3 yeni şirkətin adına rast gəlmək olur. Qeydiyyata alınan hüquqi şəxslər arasında Gürcüstan, Pakistan, Misir Ərəb Respublikası və Çinin hərəsinə 1 şirkət yer alıb.
Bu şirkətlərin əsas porfili isə xidmət, iaşə və tikinti sektoru təşkil edir.