Bu ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2% artaraq 16272,8 mln. manat olub. FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, əhalinin hər nəfərinə orta hesabla 1662,1 manat təşkil edib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 14 mlrd. 944,7 mln. manatlıq və ya əvvəlki ildəkindən 9,5% çox vəsait qalıb.