Dövlət Gömrük Komitəsi «Yaşıl Dəhliz» buraxılış sistemindən daimi istifadə edən şirkətlərin siyahısını açıqlayıb.
FED.az xəbər verir ki, siyahı həm ölkəyə xaricdən idxalla məşğul olan, həm də Azərbaycandan xaricə məhsul ixrac edən şirkətləri və iş adamlarnı əhatə edir.
Qeyd edək ki, «Yaşıl dəhliz» buraxılış sisteminə qoşulan şirkətlər
Gömrükdən daha sürətli keçid imkanı əldə edir və daha çevik və şəffaf gömrük nəzarətindən keçirlər.
Qaydalara görə, «Yaşıl dəhliz» buraxılış sisteminə qoşulmaq prosesi 3 mərhələdən ibarətdir. Bunun üçün əvvəlcə Dövlət Gömrük Komitəsinə müraciət edilir, komitə bu müraciəti bir ay araşdırır, bundan sonra «Yaşıl dəhliz» buraxılış sistemindən daimi istifadə hüququ verilir.
«Yaşıl dəhliz»ə qoşulanların ümumi üstünlükləri:
• Sərhəd buraxılış məntəqələrindən prioritet keçid
• Gömrük xidmətlərindən istifadə zamanı prioritetlik
• Mimimum fiziki yoxlamalar
• Gömrük ekspertizasının prioritet qaydada aparılması
• Gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması
• Xarici ticarət üzrə təlimlərdə iştirak
«Yaşıl Dəhliz»in spesifik üstünlükləri isə aşağıdakılardır:
• İdxal olunan malların şəxsin anbarına birbaşa aparılması və gömrüyə gəlmədən malların boşaldılması
• Gömrüyə gəlmədən malların ixracının birbaşa öz anbarından həyata keçirilməsi
Hazırda «Yaşıl dəhliz»dən 668 şirkət və sahibkar istifadə edir. Bunlardan 236-sı bu sistemə ixrac, 432-si isə idxal əməliyatları məqsədilə qoşulub.
Həmin şirkətlər aşağıdakılardır:
İxrac əməliyyatları üzrə "Yaşıl dəhliz" sisteminin daimi istifadəçiləri - SİYAHI
İdxal əməliyyatları üzrə "Yaşıl dəhliz" sisteminin daimi istifadəçiləri - SİYAHI