İyunun 9-u Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsində xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçiriləcək.
Komitədən FED.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi rəhbərliyinin iştirakı ilə təşkil olunan görüşdə gömrük sistemində həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması tədbirləri barədə məlumat veriləcək, eyni zamanda, iş adamlarını maraqlandıran məsələlər müzakirə olunacaq.
DGK görüşdə iştirak etmək istəyən xarici iqtisadi fəaliyyət iştirakçılarından Bakı Baş Gömrük İdarəsinə müraciət edərək qeydiyyatdan keçmələri xahiş edir. Komitədən bildiriblər ki, yalnız qeydiyyatdan keçən şəxslərin görüşdə iştirakı təmin olunacaq.