Dövlət Gömrük Komitəsi (AR DGK) və Caspian European Club 2018-ci il dekabrın 6-da birgə biznes-forum təşkil edəcək. FED.az xəbər verir ki, Biznes-foruma DGK-nın sədri Səfər Mehdiyev sədrlik edəcək.
Görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişinə, Caspian European Club-un sahə klublarının iclasları çərçivəsində səsləndirilmiş məsələlərin və təkliflərin müzakirəsi nəticəsində irəli sürülmüş təşəbbüs əsasında təşkil olunur.
Biznes-forumda Caspian European Club-un şirkət rəhbərlərinin gömrük fəaliyyəti ilə bağlı təklif və təşəbbüsləri müzakirə ediləcək. Forum çərçivəsində həmçinin biznesmenlərə onları maraqlandıran suallara cavab tapmaq imkanı yaradılacaq.
“Öz tərəfimizdən qeyd etmək istəyirəm ki, Dövlət Gömrük Komitəsi və şəxsən Səfər Mehdiyev biznes-hökumət dialoqunda fəal iştirak edir, şirkətlərin bütün xahiş və təkliflərinə dərhal münasibət bildirir. Ümid edirəm ki, bu formatda əməkdaşlıq gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev söyləyib.
Biznes-forumda http://caspianenergy.org/