“Gilan Holding”in törəmə şirkəti olan “Gilan Hospitality Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin edilib.
Eləcə də bax: "BP Azərbaycan" şirkətinin regional rəhbər heyətində - Son Təyinatlar
FED.az Banker.az-a istinadən xəbər verir ki, məlumata görə, bu günə qədər direktor vəzifəsində çalışan Elgün Məmmədov Məmməd oğlu istefa verib. 2020-ci ilin son aylarından etibarən E.Məmmədov Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədr müavini kimi çalışır.
Onun yerinə Rəhman İbrahimov Faiq oğlu təyin edilib. R.İbrahimov həmçinin “Gilan Hospitality-Lənkəran” MMC və “Gilan Logistics Group” MMC-nin direktoru idi.
Xatırladaq ki, “Gilan Hospitality Group” MMC 2015-ci ildə yaradılıb və “Gilan Holdinq” ilə eyni ünvanda təsis edilib.