Bu ilin doqquz ayında Azərbaycan Gürcüstan və Qazaxıstana 21 min ədəd su sayğacı satıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə 22,1% artım olub
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Eləcə də bax: Gürcüstan “Avro-5” standartlarının tətbiqini - TƏXİRƏ SALIB
Su sayğacları istehsalçısı olan Gəncə Cihazqayırma Zavodu ASC göstərilən müddət ərzində Qazaxıstana 7,1 min, Gürcüstana isə təxminən iki dəfə çox sayğac satıb.
Ümumilikdə bu cihazların ixracından 283,4 min dollar və ya birinə gərə 13,4 dollar qazanılıb. Eyni zamanda, sayğaclar Gürcüstana orta hesabla biri 8,4 dollar qiymətində çatdırılır.
"Turan"