Bu gün Bakıda Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş "Green Capital Management" şirkəti ilə Qətərin "Al Baladi Holdings" şirkəti arasında Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.
Azərbaycanda 30-a yaxın "Go Crispy" və "Tea Time" restoranları açılacaq - SAZİŞ İMZALANDI
FED.az xəbər verir ki, sənədi "Green Capital Management" şirkətinin səhmdarları Adnan Əhmədzadə və Xəyal Qayıbov (həmçinin baş icraçı direktoru vəzifəsini icra edir), "Al Baladi Holdings" şirkətinin sahibi və prezidenti Məhəmməd Abdullah Həməd Al İbrahim Al-Attiyah və icraçı direktoru Hani Al Sayyadi imzalayıblar.
Sazişə əsasən, Bakıda yeni iş yerlərinin yaradılmasını nəzərdə tutan şəbəkələrin açılması üçün təxminən 5 milyon ABŞ dolları həcmində sərmayə yatırılacaq.
Bu əməkdaşlıq "Go Crispy" və "Tea Time" populyar brendlərinin müstəsna təklifini daha geniş auditoriyaya çatdırmağı və beynəlxalq bazarda onların mövcudluğunu artırmağı hədəfləyir.
Bu sazişin imzalanması "Green Capital Management” ilə qida, pərakəndə satış və qonaqpərvərlik sahələrində fəaliyyət göstərən nüfuzlu Qətər konqlomeratı “Al Baladi Holdings” arasında tərəfdaşlığın başlanğıcını ehtiva edir. Onlar birlikdə "Go Crispy" və "Tea Time" franşizalarının 27 ölkədə genişləndirməyə və qarşıdakı illərdə 405-dən çox yeni filial açmağı planlaşdırırlar.
Qeyd edək ki, "Green Capital Management" davamlı inkişaf və iqtisadi tərəqqiyə güclü diqqət yetirməklə müxtəlif sektorlarda strateji sərmayələrdə ixtisaslaşan aparıcı investisiya şirkətidir.
1989-cu ildə Qətərdə təsis edilmiş "Souq Al Baladi Group" qida və içki, pərakəndə satış, elektron ticarət və qonaqpərvərlik kimi sektorlarda fəaliyyət göstərən tanınmış Qətər konqlomeratıdır. (Report)