DGK-da 2 mln. manatlıq artıq və əsassız ödənişlər aşkarlanıb
14:1527 Avq 2019
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Avtonəqliyyat Baş Gömrük İdarəsində təyinatı üzrə əsassız xərclənməsi üzrə yoxlamalar aparılıb. Aparılma səbəbi Dövlət Təhlükəsizliyi Xidmətinin məktubu və Xidmətin İstintaq Baş İdarəsinin qərarı olub.
FED.az Nazirliyinin yoxlamasına əsasən xəbər verir ki, nəzarət tədbiri 15.12.2017 – 31.12.2017-ci il tarixini əhatə edib. Yoxlamalar zamanı məlum olub ki, 2,027,800 manat artıq və əsassız ödənişlər həyata keçirilib. Bildirlir ki, bu məbləğdən heç biri dövlət büdcəsinə bərpa edilməyib.