2025-ci il iyunun 28-i saat 12.00-da “Simurq Kompani” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, Ümumi yığıncaq Gəncə şəhəri, Heydər Əliyev prospekti 170 nömrəli ünvanda – cəmiyyətin ofisində keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. “Simurq Kompani” ASC-nin 2024-cü ildəki idarəetmə fəaliyyəti haqqında hesabatı.
2.“Simurq Kompani” ASC təftiş komissiyasının 2024-cü ilin yekunlarına dair hesabatı.
Səhmdarlar ümumi yığıncağın gündəliyindəki məsələlərlə yığıncağın keçirilməsinə 3 gün qalmışa qədər cəmiyyətin ofisində tanış ola bilərlər.