Dünya əhalisinin 1/3 hissəsinin karantində qalmasına baxmayaraq, Çində həyat əvvəlki axarına qayıdıb. Ölkə bazarlarında yarasa, əqrəb kimi heyvanların satışı bərpa olunub.
Eləcə də bax: Çinin sənaye müəssisələri istehsalı - 99% BƏRPA EDİB
FED.az xəbər verir ki, Çində küçədə yerləşən bazarlar yenidən açılıb.
Burada satıcılar adi ətdən başqa, vəhşi heyvanların ətlərini də satmağa başlayıblar.
“Bazarda xalq təbabəti üçün istifadə edilən itlər, pişiklər, əqrəblər və digər canlılar ciddi antisanitariya şəraitində satılır”,- “Daily Looks”qəzetinin müxbiri bildirib.
Analoji hadisə ilə “Daily Mail”in jurnalisti də qarşılaşıb. Bazarlarda yarasaların da satışı ilə üzləşən müxbir vəziyyətin pandemiyadan əvvəlki dövr ilə heç bir fərqin olmadığını bildirib:
“Burada heç kəs narahat deyil. Onlar düşünürlər ki, koronavirus problemi ancaq xaricdə qalıb. Bazarlar əvvəlkitək işləyirlər, sadəcə, indi mühafizəçilər şəkil çəkməyə icazə vermir”, - “Daily Mail”in jurnalisti vurğulayıb.
Qeyd edək ki, Çin rəhbərliyinin hesabatına görə, COVID-19 infeksiyasının əsas mənbələrindən biri Uhan şəhərindəki vəhşi heyvan əti bazarı olub. Bildirək ki, Çində vəhşi heyvan ətinin satışı 2 ay öncə yasaqlanıb.
Report