Çinin bəzi əyalətlərində it və pişik ətlərinin qadağan edilməsindən sonra bəzi restoran sahibləri şikayət etməyə başlayıblar.
Eləcə də bax: Çində yarasa ətinin satışına - YENİDƏN BAŞLANDI
FED.az xəbər verir ki, Çində bir çox restoran sahibi it ətinin qadağan edilməsi ilə müştərilərinin 30-40 faizini itirdiklərini bildiriblər. Bu cür restoranlardan biri tərəfindən verilən bəzi açıqlamalar isə insanlar arasında birmənalı qarşılanmayıb. Adının açıqlanmasını istəməyən restoran direktoru əksər müştərilərinin sırf it əti yemək üçün gəldiyini vurğulayıb:
"İtləri doğulduğu vaxtlardan bəsləməyə başlayırıq. Bir çox müştərilərimiz var ki, xüsusilə küçük əti yemək üçün bura gəlir. İndi it ətinin satışına qadağa gəlib. Biz bu səbəblə müştərilərimizi itirəcəyik".
"Milliyət"