Biznes

Biznes yazarımızın kitabı nüfuzlu - Beynəlxalq Satış Platformalarında

Biznes yazarımızın kitabı nüfuzlu - Beynəlxalq Satış Platformalarında | FED.az
14:06 19 Avq 2020

Biznes inkişaf yazarı Nadir Adilman “И наступит день” əsərinin elektron satışı və və yayımı üzrə Rusiya Federasiyasının ən nüfuzlu nəşriyyat qrupu Eksmo ilə müqavilə imzalayıb.

FED.az xəbər verir ki, müqaviləyə əsasən, biznes yazarın “И наступит день” əsəri artıq elektron formada sözügedən nəşriyyat qrupu tərəfindən www.ozon.ru portalında satışa çıxarılıb.



Qeyd edək ki, əsər bədilləşdirlmiş işgüzar inkişaf romanı hesab edilir. Eksmo nəşriyyat qrupu redaksiyası kitabın satış təqdimatında qeyd edir ki, “Əsər multikulturalizm ideyalarına toxunur, eyni zamanda insanın şəxsiyyətinin inkişafında humanist dəyərlərin rolundan bəhs edir. Geniş oxucu kütləsi üçün uyğundur”.



“И наступит день” əsəri eyni zamanda nüfuzlu kitab satış portallarından olan www.litres.ru (https://www.litres.ru/nadir-adilman/i-nastupit-den/), “Eksmo” nun elektron və innovativ kitab satış platforması olan www.mybook.ru (https://mybook.ru/author/nadir-adilman/i-nastupit-den/) onlayn satış platformaları vasitəsi ilə də artıq satılşdadır.



Hüquq üzrə fəlsəfə doktoru - dosent, biznes inkişaf yazarı Nadir Adilman bestseller kitabları hesab edilən “Gəncsən? Başla!”, “Məqsədlisən?!”, “O gələcək?!”, “Könüllünün öz/əl kitabı” və “Biznesdə Korporativ Sosial Məsuliyyət” və bir çox kitabaların müəllifidir. Onun kitabları Azərbaycanda ən çox satılan və həm də ən çox hədiyyə edilən kitabalar sırasındadır. Yazarın bir çox əsərləri müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə nəşr edilir.

Fürsətdən istifadə edərək, azərbaycanlı yazarı bu uğuru münasibəti ilə biz də təbrik edir, yaradıcılığında uğurlar diləyirik.

Digər xəbərlər

Banner