Tanınmış İKT eksperti, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Dövlət Gömrük Komitəsinin yenicə tətbiq etdiyi e-növbə sistemini şəxsən sınaqdan keçirib.
FED.az xəbər verir ki, yeni növbə sistemi vasitəsilə, sərhədi keçənlər mobil telefona yüklənən tətliq vasitəsilə əvvəlcədən elektron növbəyə dayana və sərhəbi seçmə vaxtını özləri seçə bilərlər. İKT eksperti bu yeniliyi öz təcrübəsində sınaqdan keçirməyi qərara alıb və maraqlı prosesin şahidi olub. Osman Gündüz yazır:
Eləcə də bax: Gömrük məntəqələrində - ELEKTRON NÖVBƏ BAŞLADI
DGK-nın e-növbəsi necə işləyir?
Bu gün (dekabrın 16-da) Dövlət Gömrük Komitəsinin Elektron növbə xidmətindən istifadə etdim.
Vaxtım az olduğundan düşündüm ki Balakəndəki Mazımçay postunda həm sərhəddi tez keçim , həm də xidməti monitorinq edim.
Öncədən Smart Customs mobill app yüklədim və qısa zamanda, mobil telefon və emaildən istifadə etməklə özüm və avtomobili qeydiyyatdan keçirdim.
Ağıllı Gömrük hələlik iki xidmət , E-növbə və Sürətli Keçid xidmətləri təklif edir.
Sərhəd buraxılış məntəqəsində yeyib-içməyi də təklif edən CİP xidməıti hələlik aktiv deyil .
Beləliklə E-növbəni seçərək proseduraları qısa zamanda keçdim, Gürcüstan tərəfə sərhəddi keçmək istədiyim vaxtı -11.40 seçdim və dərhal da onlayn rejimdə 4 manat ödədim.
Mesaj gəldi ki hər şey okeydir və həmin vaxtda Mazımçay postda olum.
11.35 artıq Buraxılış qapısının - Darvazanın qarşısındaydım.
Növbədə heç kim yox idi, 4 manatım boş yerə getdi )) :)
Dedim heç olmasa xidmətin keyfiyyətini yoxlayım.
Darvaza qarşısına böyük monitor vurulub. Adım lövhədə yazılmamışdı. Yol açıq olsa da keçməyib gözlədim. Sərhədçi dəvət etsə də , dedim yox , gözləməliyəm görüm monitorda adım görsənəcəkmi.
11.38/39-da sərhədçi bildirdi ki sizin adınız və maşın nömrəm artıq onların kömpüterində var və keçə bilərəm.
Telefonda yoxladım ki girişə yaxınlaşmağım üçün Smart Customs -dan hələ də mesaj gəlməyib.
Və adımı monitorda görməyərəık də keçdim.
Sonradan məlum oldu ki elə mən keçən kimi, 11.39-da mesaj göndərilib və adım ekranda yazılıb
Hətta geri dönərkən , gömrük postunun gənc növbə rəisi bunu mənim nəzərimə çatdırmaq üçün üzrxahlıqla bir xeyli izahat işləri də apardı. Bildirdi ki əvər mən 1 dəq gözləsəydim həm mesaj həm də monitorda qeydləri görəcəkdim.
O da məlum oldu ki bu xidmətdən İLK DƏFƏ mən yararlanmışam.
Onlar da öncədən mənim adımı kompürterdə görüb seviniblərmiş ki, ilk dəfə bu xidmətdən istifadə olunacaq))
Qısası:
1. Növbə çox olarsa, bayram günləri üçün və vaxtını qiymətləndirənlər üçün e-növbə faydalı xidmətdir.
2. Qeydiyyatdan keçəndən sonra daxil olan İLK mesajda və ya emaildə prosedurlar , darvaza qarşısında durmalı yer , - Fast Trak -Sürətli Keçid yeri haqqlnda ətraflı bilgi vermək doğru olardı
3. Seçilmiş vaxtda girişə yaxınlaşmaqla bağlı mesajı 1 dəq. qalmış yox, bir neçə dəqiqə öncədən göndərmək daha doğrudur.
4. Vətəndaşın adı monitorda öncədən görünmədən onun girişə dəvət edilməsi növbə gözləyənlər olarsa , onlarda şübhə yarada bilər.
5. İlk dəfə rast gəldim ki DSX və DGK bu məsələdə razılığa gəliblər , bu xidmət üçün informasiya sistemləri inteqrasiya olunub və hər şey bir pəncərədən- bir kompüterdən idarə olunur.
Bu çox faydalı məqamdır.
Nəhayət ki generalların çoxsaylı görüşlərinin konkret bir faydası oldu )):)
Demək gələcəkdə Postlardakı 2 pəncərə 1 pəncərəyə çevrilə bilər.
Mazımçay postunda islahatlar çərçivəsində bir xeyli müsbət dəyişikliklər olsa da, yeni giriş-çıxış yerləri yaradılsa da bəzi problemlər hələ də qalır :
1.Adi qaydada keçid üçün DSX və DGK paralelçiliyi davam edir. Vətəndaş və maşın haqqında məlumatlar iki pəncərədə qəbul edilir.
2. 800 m uzunluğunda dağa dırmaşan unikal piyada keçidi fıəaliyyətdədir
3.Milyonlarla manat vəsait xərclənərək inşa olunan gömrük binasından effektiv istifadə olunmur
4. Gözləmə zalını hələ də görən olmayıb
5. Sərhədçilərin 3 yerdə pasport yoxlamağı davam edir
6. Şəxsi məqsədlə mal gətirənlərin narazılığını və gürcü nömrəli maşınları ölkə ərazisinə müvəqqəti keçiriənlərə qarşı DGK -nın öz səlahiyyət həddini aşmaqla tətbiq etdiyi məhdudiyyətlərdən narazılıqları da müşahidə etdim.
p.s. Növbəti dəfə Sürətli Keçid elektron xidmətin keyfiyyətini yoxlamağı nəzərdə tuturam.
Dərhal qeyd edim ki bu xidmət kifayət qədər baha - 50 manatdır (maşın və sürücü birlikdə)
Bu xidmət həm darvaza qarşısında və həm də pəncərələr qarşısında növbəsiz xidməti nəzərdə tutur.