23 mart 2024-cü il tarixdə Biləsuvar şəhəri,M.İbrahimov küçəsi ev 113 ünvanında yerləşən Biləsuvar Aqrotexservis ASC-nin növbədənkənar iclası keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdə olan məsələlər bunlardır:
1. Biləsuvar Aqrotexservis ASC -nin İdarə heyətinin və sədrinin seçilməsi.
2.Biləsuvar Aqrotexservis ASC-nin səlahiyyətli şəxsinin seçilməsi.
Qeyd edək ki, Biləsuvar Aqrotexservis ASC 5 yanvar 1998-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 330 min 822 manatdır, qanuni təmsilçisi Əli Babayev Bədir oğludur.