FED.az xəbər verir ki, "Baku Electronics" Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edib
Kimə məruzə edir: Departament Direktoruna
İş barədə məlumat
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyyacların analizi
- Əlaqədə olduğumuz müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
- Müştərilərə zəng vəya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
- Görüşə hazırlıq və təqdimat materiallarının hazırlanması
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
- Ziyarət nəticələrinin izlənilməsi
- Sifarişlərin icra olunması
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
- Qiymələr və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Müştəri ödəmələrinin izlənilməsi
Eləcə də bax: “Gazelli Group” işçi axtarır - VAKANSİYA
Namizədə tələblər
- Ali təhsil
- İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi və korporativ satış sahəsində 3 illik iş təcrübəsinin olması.
- Yaş həddi - 27-40
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməlidir.
- idarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır,
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli;
- Müştəriyönümlü satış etmək bacarığının olmalı;
- Liderlik keyfiyyətlərinə malik olmalı;
- Korporativ idarəetmənin prinsiplərini bilməlidir.
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV və niyyət məktubunu ([email protected]) elektron poçtuna göndərməlidir.
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.